“Yuventus”da yeni müqavilə
12.06.2015 - 08:51
“Yuventus”da yeni müqavilə

“Yuventus”un aparıcı futbolçularından olan Leonardo Bonuççi komandasına sadiqliyini bir daha nümayiş etdirib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 28 yaşlı futbolçu “qoca sinyora” ilə yeni müqavilə imzalayıb.

 

Yeni sazişə əsasən, İtaliya millisinin üzvü 2019-cu ilin yayına qədər Turin klubuna məxsus olacaq. Bonuççinin bu müddətdə illik məvacibi isə 3,5 milyon avro olacaq.

 

Qeyd edək ki, Leonardo Bonuççi 2010-cu ildən “Yuventus”un şərəfini qoruyur.