“Yuventus”dan “Real”ın futbolçusu üçün 12 milyon
26.02.2014 - 05:09
“Yuventus”dan “Real”ın futbolçusu üçün 12 milyon

Madrid “Real”ının təcrübəli müdafiəçisi Fabio Koentrao karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Tuttosport” xəbər yayıb.

 

Belə ki, “Yuventus” 25 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Turin klubu bu keçidi mövsüm sonu reallaşdırmaq fikrindədir və Koentrao üçün ispan klubuna 12 milyon avro ödəməyə hazırlaşır.

 

Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2011-ci ildən “Real”da çıxış edir.