İtaliya A seriyasında çempionluğa doğru irəliləyən “Yuventus” indidən gələn mövsümün planlarını cızmağa başlayıb. Apasport.az saytının “The Sun” qəzetinə istinadən məlumatına görə, “qoca sinyora” yayda transfer etmək istədiyi iki futbolçunun adını açıqlayıb.
Turin təmsilçisinin əsas hədəfi “Liverpul”un hücumçusu Rahim Sterlinqdi. İtalyanlar bu transferi reallaşdırmaq üçün qarşı tərəfə düz 70 milyon avro təklif ediblər.
“Yuve” 20 yaşlı forvardla yanaşı, “Zenit”in yarımmüdafiəçisi Aksel Vitsellə də danışıq aparır. Belçikalı oyunçu üçün 18 milyon avro təklif edilsə də, ruslar 30 milyon avro tələb edirlər.