“Yuventus”lu oyunçular üçün uğurlu məkan
06.06.2015 - 21:56
UEFA Çempionlar Liqasının 2014/15 mövsümünün final oyunun keçiriləcəyi Berlinin “Olimpiyaştadion” arenası “Yuventus”un futbolçuları Andrea Bartsalyi, Andrea Pirlo və Canluici Buffon üçün uğurlu məkandı. Apasport.az saytının məlumatına görə, DÇ-2006-nın finalı da bu stadionda baş tutub.
Bartsalyi, Pirlo və Buffonun da heyətində çıxış etdiyi İtaliya milli komandası final matçında məhz bu stadionda Fransa yığmasını penalti zərbələri ilə məğlub edərək Dünya çempionu olmuşdu.
0
0