“Yuventus”un futbolçusu sıraya döndü
07.05.2015 - 21:30
“Yuventus”un futbolçusu sıraya döndü

“Yuventus”un yarımüdafiəçisi Pol Poqba zədəsini sağaldıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, turinlilərin bugünkü məşqində komanda yoldaşları ilə birlikdə ümumi planda məşqə qoşulan fransız futbolçunun artıq tamamilə sağaldığı deyilir.

 

22 yaşlı yarımmüdafiəçinin bu həftə baş tutacaq “Kalyari” ilə oyunda meydanda olması gözlənilir.

 

Xatırladaq ki, Poqba martın 18-dən bəri zədə səbəbindən oynaya bilmirdi.