Sankt-Peterburqun “Zenit” futbol klubunun yeni baş məşqçisi Andre Villaş-Boaş geniş planlar qurur. Apasport.az saytının məlumatına görə, Villaş-Boaş komandasını “Real”ın üç oyunçusu ilə gücləndirmək isttəyir.
Mənbənin məlumatında bildirilir ki, peterburqluların baş məşqçisi Fabiu Koentrau, Sami Hedira və Alvaro Moratuya dəvət göndərmək niyyətindədir. Qeyd edək Ki, Koentrau bu mövsüm “Real”ın heyətində 6 oyun, Sami Hedira 11 oyun, Moratu isə 3 oyun keçirib.
Moratunun qiymətinin 12 milyon avro, Koentraunun 14 milyon avro, almaniyalı yarımmüdafiəçi Hediranın isə 22 milyon avro olduğu bildirilir.
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
- "Arsenal" yeni rekorda imza atıb