“Zirə” “Qəbələ”yə lazım olmayan futbolçunu icarəyə götürdü
07.06.2015 - 20:19
“Zirə” “Qəbələ”yə lazım olmayan futbolçunu icarəyə götürdü

Gələcək mövsüm Topaz Premyer Liqasında oynayacağı dəqiqləşmiş “Zirə” klubu heyətinə daha bir oyunçu cəlb edib. Apasport.az saytının məlumatına görə, debütant “Qəbələ”dən Tərzin Cahangirovla 1 illik anlaşma imzalayıb.

 

Keçid icarə əsasında baş tutub. Xatırladaq ki, Tərzin Cahangirov ötən mövsümü də icarə əsasında başqa bir Premyer Liqa klubunda – “Sumqayıt”da keçirmişdi.

 

Müqavilə müddəti başa çatan kimi klubuna geri dönən oyunçu görünür daha bir mövsüm “Qəbələ”yə lazım olmayıb.