[b]“Zirə” adaşlarla anlaşdı[/b]
29.06.2015 - 22:23
[b]“Zirə” adaşlarla anlaşdı[/b]

Növbəti  mövsümdən elitada mübarizə aparacaq “Zirə” hazırlıqlarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi  2 yeni futbolçu ilə müqavilə imzalayıb.

 

Belə ki, Ruslan Tağızadə və Ruslan Cəfərov bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq. Komanda Tağızadə ilə 1, Cəfərovla isə 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, zirəlilər bundan öncə də 10 yeni futbolçunun keçidini həll etmişdi.