“Zirə” MOİK-i, “Neftçala” “Ağsu”nu üstələdi
07.09.2014 - 20:07
Futbol üzrə Azərbaycan I Divizionunda ilk turun daha iki oyunu keçirilib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, “Zirə” öz meydanında keçirdiyi ilk oyunda MOİK-i məğlub edib – 1:0.
Komandanın qələbə topunu Aslan Hüseynov (48) vurub.
Günün digər oyununda isə “Neftçala” səfərdə “Ağsu”nu 4-1 hesabı ilə məğlub edib.
I Divizion
I tur
7 sentyabr
“Zirə” – MOİK – 1:0
QOL: Aslan Hüseynov, 48
“Ağsu” - “Neftçala” – 1:4
QOLLAR: Fərmayıl Əliyev, 89 - Məhəmməd Bədəlbəyli, 6; 8, Məhəmməd Alıyev, 66 (p.), Aqşin Həşimov, 90
0
0