Almaniya köklü klublarından olan “Hamburq”a yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, bundan sonra komandanı Bruno Labbadiya çalışdıracaq.
Klubun yaydığı açıqlamada qeyd olunur ki, mütəxəssis ilə 15 aylıq müqavilə imzalanıb. Ötən il pley-off qarşılaşmalarından sonra bundesliqada qalan “Hamburq”un cari mövsümdə də vəziyyəti ürəkaçan deyil. Belə ki, eyniadlı şəhərin klubu 25 xalla turnir cədvəlinin sonuncusudu.
Qeyd edək ki, Labbadiya daha öncə “Bayer”, “Ştutqart” və həmçinin, yeni komandasını da çalışdırıb.
Xatırladaq ki, “Hamburq” tarixi ərzində 6 dəfə Almaniya Bundesliqasının qalibi olub.