"Arsenal"da iki futbolçu komandada qalır
16.04.2015 - 20:21
Mövsüm sonunda “Arsenal”da iki futbolçunun komanda ilə olan müqaviləsi bitir. Apasport. az saytı xəbər verir ki, klubun baş məşqçisi Arsen Venger həm Mikel Arteta, həm də Tomas Rositski ilə yollarına davam edəcəklərini bildirib.
Hazırda Arteta keçirdiyi ağır zədə səbəbindən, uzun müddətdi ki, “topçular”ın ikinci heyətində hazırlığını sürdürür. Bu iki oyunçudan əlavə, Aleks Oksleyd Çemberleyn də kluba kömək edə bilmir.
Qeyd edək ki, “Arsenal” bu həftə İngiltərə kubokunun (FA Cup) yarımfinalında “Ridinq”lə üz-üzə gələcək.
0
0