"Arsenal"dan türk əsilli futbolçuya təklif
14.04.2015 - 17:22
"Arsenal"dan türk əsilli futbolçuya təklif

Dortmund “Borussiya”sının türk əsilli futbolçusu İlkay Gündoğan karyerasını İngiltərə çempionatında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Arsenal” istedadlı yarımmüdafiəçini heyətinə qatmaqda israrlıdı.

 

“Topçular” keçidin baş tutması üçün 26 milyon avro xərcləməyə hazırdılar. Lakin “Arsenal” İlkayı heyətinə qatmaq üçün rəqabətdən qalib ayrılmalıdı. Çünki “Mançester Yunayted” də Gündoğanla yaxından maraqlanır və mövsümün sonunda ona rəsmi təklif göndərməyə hazırlaşır.

 

Qeyd edək ki, 2011-ci ildən “Borussiya”nın formasını geyinən Gündoğan elə həmin ildən Almaniya yığmasına da çağırılır.