"Artıq 4-cü yer bizim üçün əlçatmazdı"
09.04.2015 - 18:57
“Oyunçu problemlərimiz olsa belə, komanda əlindən gələni etməyə çalışdı”. Apasport.az saytının PFL-ə istinadən verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Mütəxəssis, ardıcıl üç qarşılaşmada məğlub olduqlarını dilə gətirib: “Viktor İqbekoyi və Aleksandr Şemonayev zədəlidi. Bütün çətinliklərə baxmayaraq, mübarizəmizi davam etdirməliyik. Artıq 4-cü yer bizim üçün əlçatmazdı”.
Qeyd edək ki,ötən tur öz meydanında "Qəbələ"yə böyük hesabla uduzan AZAL, bu dəfə son çempion "Qarabağ"a "boyun əyib".
0
0