İspaniya La Liqasında XXVIII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, son çempion "Atletiko" doğma arenasında "Xetafe"ni qəbul edib.
"Baku-2015" formalı "Atletiko" qarşılaşmanın taleyini elə fasiləyə qədər həll edib. Erkən qolla hesabı açan madridlilər ilk hissənin sonlarında daha bir dəfə rəqibi mərkəzə dəvət edib. İkinci hissədə qol olmayıb və "Atletiko" 2:0 hesablı qələbə qazanıb. Dieqo Simeonenin komandasında Fernando Torres (3) və Tiaqo (44) adını tabloya yazdırıb.
Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 59-a çatdıran "Atletiko" 4-cü pillədəki mövqeyini qoruyub.