Almaniya millisi doğma publika önündə Cəbəllütariq yığmasını 4:0 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin IV turunda debütantı darmadağı edən Bundestim 102 illik tarixi rekordu qırmağı bacarmayıb.
Belə ki, 4 matçdan 2 qalibiyyəti və 1 heç-heçəsi olan (7 xal) Yoahim Lövün yetirmələri 1912-ci ildə Rusiya üzərində qazanılan 16:0 hesablı rekordı qıra bilməyib.
Bir çox mütəxəssislər qrupda Polşa və İrlandiyaya 7:0, Gürcüstana 3:0 hesabı ilə uduzan Cəbəllütariqin bu görüşdə “alman maşını”nın qarşısını almaqda çətinlik çəkəcəyini gözləyirdilər. Hesabın isə daha çox olacağını da düşünənlər var idi. Lakin Bundestimin gücü yalnız 4 topa çata bilib.
Qeyd edək ki, Almaniyanın heyətində Tomas Müller (12; 29) dubl edib, 38-ci dəqiqədə Mario Qötze fərqlənib. Digər qolu isə qonaq komandanın futbolçusu Santos öz qapısından keçirib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı