Avropa Liqasının II təsnifat mərhələsinin “Fola” ilə ilk görüşündə “İnter”ə 1:0 hesablı qələbə qazandıran qolu vuran Mirhüseyn Seyidov avrokuboklarda 2-ci dəfə fərqlənib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ilk qolunu da eyni turnirin eyni mərhələsində vurub.
Seyidov 2014/15 mövsümündə avrokubokdakı qol hesabını açıb. Həmin vaxt “Neftçi”nin şərəfini qoruyan orta sahə oyunçusu “Koper”i məyus edib.
1084 gündən sonra yenə sevinən Mirhüseyn ilk dəfə iyulun 24-də Sloveniyadakı cavab oyununda 2:0 hesablı qələbədə pay sahibi olmuşdu.
Bu qələbə ilə “ağ-qaralar” mərhələ keçmişdilər.