[b]10 ildən sonra Premyer Liqanı tərk etdi[/b]
05.05.2018 - 19:00
[b]10 ildən sonra Premyer Liqanı tərk etdi[/b]

İngiltərə Premyer Liqasını tərk edən ilk klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Stok Siti” elita ilə vidalaşıb.

 

Bu, XXXVII turda “Kristal Pelas”la görüşdən sonra rəsmiləşib. Rəqibinə 1:2 hesabı ilə məğlub olan “Stok Siti” üçün 17-ci pillədəki komanda artıq əlçatmaz olub.

 

Bununla da, “Stok Siti”nin 10 illik Premyer Liqa macərası başa çatıb.