Azərbaycan Premyer Liqasının XXII turu “Qarabağ” üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ölkə çempionatlarında 1100-cü qolun astanasındadı.
Son illərin dəyişməz çempionu indiyədək 1099 dəfə fərqlənib. 11-ci “yüzlüy”ün bir addımlığında olan Qurban Qurbanovun yetirmələri son iki turda təxirə salınan yubileyi “Səbail”lə görüşdə gerçəkləşdirmək niyyətindədi.
Bunun üçün komandaya aprelin 7-dəki görüşdə 1 qol da bəsdi. “Qarabağ”ın ilk qolunu vuracaq futbolçu 11-ci “yüzlüy”ü tamamlamış olacaq.
Qol sayında yalnız “Neftçi”dən geri qalıb, ikinci yerdə olan ağdamlılar 1098-ci qolu XIX turda vurub. Həm “Neftçi”, həm “Keşlə” ilə sonrakı iki qarşılaşmada gözlənilən yubiley baş tutmayıb. Qurbanovun yetirmələri iki matçda 1 dəfə fərqlənib.
1099 qolu 742 oyunda vuran “Qarabağ” 647 dəfə evdə, 437 dəfə səfərdə, 15 dəfə neytral meydanda qol vurub. Təbii ki, texniki nəticələr top fərqində nəzərə alınmamaqla.
“Keşlə” ilə XXI turun görüşündən öncə “Qarabağ”ın mövsümlər üzrə qol sayını təqdim edən apasport.az saytı bu dəfə əvvəlki yubileyləri xatırlamağı zəruri sayıb. Mehman Alışanov təkcə “Qarabağ”ın deyil, ümumiyyətlə ölkə çempionatlarının ilk qolunu 26 il öncə vurubsa, 1000-ci top 2016-cı ilə təsadüf edib. “Səbail”lə görüşdən 738 gün əvvəl Muarem Muarem yubiley topunun müəllifi olmuşdu.
“Qarabağ”ın çempionatdakı tarixi qolları
|
N |
Oyunçu |
Rəqib |
Yer |
Dəq. |
Mövsüm |
Tarix |
|
1 |
Mehman Alışanov |
İnşaatçı(Sabitabad) |
e |
4 |
1992 |
03.05.1992 |
|
100 |
Səttar Əliyev |
Xəzər (Sumqayıt) |
e |
68 |
1993/94 |
30.09.1993 |
|
200 |
Müşfiq Hüseynov |
Kür-Nur (Mingəçevir) |
e |
- |
1995/96 |
01.10.1995 |
|
300 |
Bəxtiyar Musayev |
Neftçi (Bakı) |
e |
64 |
1997/98 |
22.11.1997 |
|
400 |
Elmir Xankişiyev |
Şəfa (Bakı) |
s |
13 |
1999/2000 |
03.04.2000 |
|
500 |
Eldəniz Məmmədov |
Şahdağ-Samur (Qusar) |
s |
89 |
2003/04 |
13.09.2003 |
|
600 |
Vasif Haqverdiyev |
MOİK (Bakı) |
e |
14 |
2005/06 |
29.04.2006 |
|
700 |
Rəşad Sadiqov |
Qəbələ (Qəbələ) |
s |
78 |
2009/10 |
06.12.2009 |
|
800 |
Rəşad Sadıqov |
Sumqayıt (Sumqayıt) |
s |
21 |
2012/13 |
19.08.2012 |
|
900 |
Muarem Muarem |
Neftçi (Bakı) |
e |
51 |
2013/14 |
27.04.2014 |
|
1000 |
Muarem Muarem |
Rəvan (Bakı) |
e |
53 |
2015/16 |
30.03.2016 |
Qeyd edək ki, 1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda göstərilməyib. Həmçinin texniki nəticələr və ləğv olunan matçlar statistikada nəzərə alınmayıb.