[b]1121 dəqiqəlik rekord seriya qırıldı[/b]
05.09.2017 - 20:16
[b]1121 dəqiqəlik rekord seriya qırıldı[/b]

Dünya çempionatlarının seçmə mərhələlərinin ən uzun “quru seriya”sı qırılıb. Apasport.az saytının məlumatına görə, İran millisinin müəyyənləşdirdiyi və 1121 dəqiqə davam edən seriya Suriya ilə oyunda yarımçıq qalıb.

 

İran – Suriya matçının 13-cü dəqiqəsində fərqlənən Tamer Hacc seçmə mərhələlərin rekordunun dayanmasına səbəb olub.

 

Qeyd edək ki, Karluş Keyruşun rəhbərlik etdiyi İran millisi sonuncu dəfə 2015-ci ilin noyabrında Türkmənistanla oyunda qapısında qol görmüşdü – 3:1.