[b]11 ayın ən yaxşısı: Üç ayda 10 addım[/b]
06.08.2015 - 13:12
Bu gün açıqlanan FİFA reytinqində 106-cı olan Azərbaycan millisi son 11 ay üçün ən yaxşı nəticəsinə imza atıb. Apasport.az saytının məlumatına görə, yığmamız sonuncu dəfə ötən ilin sentyabrında daha yaxşı nəticəyə malik olub.
Həmin vaxt dünyanın 95-cisi olan komandamız 2015-ci ilin oktyabrında 126-cı pilləyə düşüb. Bu müddətdə 139-cu yerə qədər yuvarlanan millimiz son 3 ayda ardıcıl irəliləyişlə 106-cı pilləyə qalxıb.
Bu ilin mayında 116-cı olan komandamız iyunda 1, iyulda 7, avqustda 2 pilləlik irəliləyişlə 3 ayda 10 addım atıb.
0
0