[b]11 yaşlı futbolçunun qiyməti 10 min funt-sterlinq[/b]
15.05.2015 - 20:16
[b]11 yaşlı futbolçunun qiyməti 10 min funt-sterlinq[/b]

Londonun “Arsenal” klubu 11 yaşlı futbolçu transfer edib. Apasport.az saytının məlumatına görə, “topçular” “Luton”dan transfer etdiyi Çarli Patino üçün 10 min funt-sterlinq ödəyib.

 

Qeyd edək ki, istedadlı yeniyetmə ilə digər Premyer Liqa klubları “Tottenhem”, “Mançester Siti” və “Çelsi” də maraqlanırdı.