Lüksemburqun “Differdanj” klubu Azərbaycan komandaları ilə qarşılaşan 120-ci rəqibdi. Apasport.az saytının məlumatına görə, hazırda davam edən oyunda “Zirə”nin 1:0 hesabı ilə üstələdiyi qonaq komandayadək 119 klub ölkəmizə rəqib kimi gəlmişdi.
“Zirə” isə ölkəmizin ümumilikdə 18-ci, Avropa Liqası (UEFA kuboku) turnirində 16-cı komandamız olub. İki komandamız - “Viləş” və “Bakı fəhləsi” bu yarışda oynamayıb.
18-ci təmsilçimizin 120-ci rəqiblə dueli bir yubileylə də diqqət çəkir. Bu görüş klublarımızın Avropa Liqasının indiki formatında 75-ci ev sınağıdı.
2009-cu ildən indiki formatda keçirilən bu yarışda komandalarımız 74 ev matçı keçirmişdi.