[b]İlk dəfə Azərbaycan klubu ilə[/b]
13.07.2017 - 00:29
[b]İlk dəfə Azərbaycan klubu ilə[/b]

Lüksemburq təmsilçisi “Fola” tarixində ilk dəfə Azərbaycan klubu ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, bununla, eşlilər komandalarımızın 122-ci rəqibi kimi tarixə düşüb.

 

Belə ki, 1994-cü ildə debüt etdiyimiz avrokubokların 23 illik tarixində bunadək 121 klubla qarşılaşmışdıq. Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında “İnter” önündə aciz qalan “Fola” siyahıya 122-ci kimi düşüb.

 

Bakılıları yeni rəqibi 1:0 hesabı ilə yenib.

 

Qeyd edək ki, cari mövsümədək bu rəqəm 119-a bərabər olub. I təsnifat mərhələsində “İnter” “Mladost”, “Zirə” “Differdanj”la ilk matça çıxıb. Bu iki komandanın ardından “Fola” da rəqiblərimiz siyahısına düşüb.