[b]13-cü Miçel[/b]
01.11.2017 - 01:16
[b]13-cü Miçel[/b]

Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının hesablamalarına görə, “Qarabağ”ın futbolçusu Miçel qitə miqyaslı turnirlərdə 5 və daha çox qol vuran oyunçularımızdan ibarət cədvələ daxil olub.

 

İspaniyalı yarımmüdafiəçi bunu bacaran 13-cü futbolçudu. Miçel 5-ci qolunu Çempionlar Liqasının IV turunun “Atletiko” ilə Madriddəki görüşündə vurub.

 

Hazırda davam edən qarşılaşmada komandasını 1:0 hesabı ilə önə çıxaran ispaniyalı Azərbaycandakı bütün avrokubok qollarını “Qarabağ”da vurub.

 

O, təmsilçilərimiz üçün 5 qol vuran 6-cı oyunçudu. Miçel Vüqar Nadirov, Rauf Əliyev, Julius Vobay, Dino Ndlovu və Teo Uikslə birlikdə bombardirlər siyahısında 8-13-cü yerləri tutur. Cədvələ isə 11 qollu Reynaldo başçılıq edir.

 

Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardirləri

 

1.

Reynaldo

11

2.

Rəşad Sadiqov

8

3-5.

Rəşad Sadıqov

7

 

Riçard Almeyda

7

 

Əfran İsmayılov

7

6-7.

Sergey Zenyov

6

 

Baçana Sxadadze

6

8-13.

Vüqar Nadirov

5

 

Rauf Əliyev

5

 

Julius Vobay

5

 

Dino Ndlovu

5

 

Teo Uiks

5

 

Miçel

5