[b]15 aydan sonra[/b]
13.05.2018 - 18:10
[b]15 aydan sonra[/b]

“Qarabağ” Topaz Premyer Liqasında ardıcıl 2 məğlubiyyət alıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi cari mövsümdə ilk dəfə belə halla üzləşib.

 

Ardıcıl 5-ci çempionluğunu təmin edən Qurban Qurbanovun yetirmələri XXVI turda “Neftçi”ilə ev oyununda 0:1, XXVII turun “Keşlə”ylə səfər qarşılaşmasında 0:3 hesabı ilə yenilib.

 

“Qarabağ” belə uğursuz seriyasına sonuncu dəfə 15 ay öncə təsadüf olunub. Ağdamlılar ötən mövsümün XIX turunda “Qəbələ”ylə səfər görüşündə 2 cavabsız qol buraxıbsa, ardınca evdə “İnter”ə (indiki “Keşlə”) uduzub – 0:2. Bu oyunlar ötən il fevralında keçirilib.