[b]16 ildən sonra[/b]
27.03.2018 - 09:34
Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Makedoniya yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Türkiyənin Antalya şəhərində baş tutacaq. Bu, yığmamızın tarixində martın 27-də keçiriləcək 2-ci oyundu.
İlk belə matç 16 il əvvələ təsadüf edib. Komandamız 2002-ci il martın 27-də Albaniya ilə yoxlama oyununda qüvvəsini sınayıb.
Tiranadakı görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Futbolçularımız məğlubiyyətlə əlamətdar olan gündə ilk qələbəni Makedoniya ilə matçda qazanmağa çalışacaq.
0
0