[b]17 oyunda 16 qələbə [/b]
29.10.2016 - 00:07
[b]17 oyunda 16 qələbə   [/b]

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ” futbol akademiyasının komandaları 17 matçda qüvvəsini sınayıb.

 

Onlar bu görüşlərin 16-da qalib gəlib, yalnız birində məğlub olub.

 

U-19 hesabına növbəti 2 qələbəsini yazıb. V turun “Zirə” ilə təxirə salınan ev oyununda 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” VI turda “Turan”la səfər matçında 6 cavabsız qol vurub

 

V turun oyununu səfərdə keçirən U-17 “Sumqayıt”ın qapısından 3 cavabsız qol keçirib.

 

U-16 öncə “Turan”ı evdə 6:1 hesabı ilə məğlub etsə də, ardınca Sumqayıtda eyniadlı komandaya 0:1 hesabı ilə uduzub.

 

“Zirə”ni 1:0 hesabı ilə məğlub edən U-15 komandası ardıcıl 3-cü dəfə qalib gəlib.

 

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. AZAL-ı 5 cavabsız qolla üstələyən U-14 ardıcıl 5-ci qələbəsini əldə edib.

 

Eyni rəqibi 3:0 hesabı ilə məğlub edən U-13-ün aktivində 10 xal var

 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında “Qəbələ” bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” UGİM-i (Yevlax) 16:1, UGİM UGİM “Rabitəçi”ni (Yevlax) 8:0 hesabı ilə yenib

 

U-11 Liqasında UGİM UGİM “Rabitəçi”ni (Yevlax) 12:1, “Qəbələ” “Kürmük”ü 10:0 hesabə ilə üstələyib.

 

U-10 Liqasında “Qəbələ” Oğuz UGİM-ini 15:1, Gİİ Şəkinin 3 nömrəli məktəbinin komandasını 8:1, UGİM isə “Lokomotiv”i 5:0 hesabı məğlub edib

 

Qızların yüksək liqa yarışında çıxış edən “Qəbələ” “Sumqayıt”ı 8:1, “Veqa”nı 8:0 hesabı ilə məğlub edib.

 

0