[b]250-ci qələbə[/b]
27.03.2018 - 10:53
[b]250-ci qələbə[/b]

Futzal üzrə Yüksək Liqada martın 25-də keçirilən “Araz” – “Xəmsə” oyunu lider üçün əlamətdar olub. Apasport.az saytı Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, 17-ci qələbəsini qazanan “Araz” yubileyini qeyd edib.

 

2004/05-ci il mövsümündən çempionatda iştirak edən “Araz” 250-ci qələbəsini aktivinə yazdırıb.

 

2004/05 - 16 qələbə 
2005/06 - 22 qələbə 
2006/07 - 15 qələbə 
2007/08 - 14 qələbə 
2008/09 - 19 qələbə 
2009/10 - 22 qələbə 
2010/11 - 17 qələbə 
2011/12 - 19 qələbə 
Qızıl oyun - 1 qələbə 
2012/13 - 20 qələbə 
2013/14 - 19 qələbə 
2014/15 - 11 qələbə 
2015/16 - 20 qələbə 
2016/17 - 18 qələbə 
2017/18 - 17 qələbə