[b]28 illik həsrətə son[/b]
02.04.2018 - 01:35
[b]28 illik həsrətə son[/b]

İngiltərə Premyer Liqasının XXXII turunda “Çelsi”ilə qarşılaşan “Tottenhem” 28 illik seriyaya son qoyub. Apasport.az saytının məlumatına görə, səfərdə 3:1 hesabı ilə qalib gələn qonaqlar rəqib meydanında sonuncu dəfə 1990-cı ildə qalib gəlmişdi.

 

28 il əvvəl fevralın 10-da “Çelsi” öz meydanında 1:2 hesabı ilə uduzmuşdu. Həmin vaxtdan müxtəlif turnirlərdə baş tutan 30 qarşılaşmada “Tottenhem” qalib gəlməmişdi.