UEFA Avropa Liqası pley-off mərhələsində iştirak edəcək “Qarabağ”ın rəqibi bəlli oldu. Apasport.az saytının məlumatına görə, çempionumuz İsveçrə təmsilçisi “Yanq Boyz”la qarşılaşacaq.
Bu oyun isveçrəlilərlə ümumilikdə ikinci qarşılaşmamız olacaq. Daha əvvəl digər İsveçrə klubu “Bazel” “Bakı” ilə qarşılaşmış və “zolaqlılar”ı mübarizədən kənarlaşdırmışdı.
“Qarabağ”ın rəqibi “Yanq Boyz” qədim tarixi ilə öyünə bilər. Belə ki, 1898-ci ildə yaradılmış klub bu il mart ayında 117 yaşını qeyd edib.
Klub bu müddətdə 11 dəfə İsveçrə çempionu, 6 dəfə isə İsveçrə kubokunun qalibi olub.
Maraqlıdı ki, “gənc oğlanlar” sonuncu dəfə 1985/86 mövsümündə çempionluq sevinci yaşayıb. Bern təmsilçisi ev oyunlarını 32 minlik “Stad de Sviss” stadionunda keçirir.