[b]2 günlük məşqçi[/b]
08.07.2016 - 16:45
İki gün öncə “Latsio”nun baş məşqçisi təyin edilən Marselo Byelsa postundan ayrılıb. Apasport.az saytı xəbər ki, məlumatı paytaxt klubunun rəsmi saytı da təsdiqləyib.
Byelsanın komandanı tərk etməsi romalıları qəzəbləndirib. Onlar 60 yaşlı məşqçinin yanlış hərəkət etdiyini, imzalanmış müqavilənin qaydalarını pozduğunu bildiriblər.
Məlumatda o da vurğulanıb ki, “Latsio” rəhbərliyi buna görə məhkəməyə müraciət edə bilər.
Qeyd edək ki, Byelsa karyerası ərzində “Espanyol”, “Atletik” və “Marsel” kimi klubları, həmçinin Argentina və Çili yığmalarını çalışdırıb.
0
0