[b]2 oyunda 12 yubiley[/b]
03.11.2015 - 17:42
[b]2 oyunda 12 yubiley[/b]

Avropa Liqasının qrup mərhələsinin IV turu Azərbaycan klublarının bəzi futbolçuları üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Almaniyada Dortmund “Borussiya”sının qonağı olacaq “Qəbələ”nin 3, Fransa “Monako”sunu qəbul edəcək “Qarabağ”ın 9 oyunçusu meydana çıxsa, yubiley matçını keçirəcək.

 

“Qəbələ”nin argentinalı legioneri Fakundo Pereyra, həmçinin “Qarabağ”ın yay transferləri Dani Kintana və Əlhərbi Əl Jadeyui 10-cu, Raydel Pupon 5-ci avrokubok oyununun iştirakçısı olmağa yaxındı. Qitə miqyaslı turnirlərdə daha çox oyun keçirən, lakin əsasən təsnifat mərhələlərində çıxış edənlər isə əsas raundda 10-cu matçına çıxacaq. “Qəbələ”də Vojislav Stankoviçlə Rikardinyo, Ağdam təmsilçisində Rəşad Sadıqov, İbrahim Şehiç, Bədavi Hüseynov, Ansi Aqolli, Qara Qarayev və Riçard Almeyda qrupda 10-cu görüşündə forma geyinəcək.

 

Qeyd edək ki, IV turun oyunları noyabrın 5-də baş tutacaq.