Bolqarıstanın köklü klublarından olan Sofiya MOİK-i Azərbaycan komandası ilə qarşılaşacaq. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışı keçəcək “hərbçilər”in sparrinq rəqiblərindən biri məhz Topaz Premyer Liqasının təmsilçisi olacaq.
Ölkəsinin 31 qat çempionu olan MOİK qardaş ölkədə Azərbaycanla yanaşı, Qazaxıstan, Çexiya, Polşa və Serbiya komandaları ilə üz-üzə gələcək.
Sofiyalıların rəqibi olacaq Azərbaycan komandasının adı hələlik açıqlanmayıb.
Antalyaya yollanmış “Qarabağ”, “İnter” və “Qəbələ”nin sparrinq rəqiblərinin siyahısı tam müəyyənləşib və onların sırasında MOİK-in adı yoxdu. Bu isə o deməkdi ki, Bolqarıstanın yüksək liqasından uzaq düşən MOİK Antalyada 2 komandadan (“Zirə” və “Sumqayıt”) biri ilə qarşılaşacaq.
Qeyd edək ki, “Zirə” artıq Antalyada olduğu halda, “Sumqayıt” Türkiyəyə bu həftənin sonunda yollanacaq.