[b]3 futbolçu “Kəpəz”ə lazım olmadı[/b]
28.12.2015 - 17:05
“Kəpəz” 3 futbolçusu ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qərb təmsilçisi müdafiəçi Məhərrəm Hüseynov, yarımmüdafiəçi Murad Ağakişiyev və hücumçu Ziyabil Məmmədovla vidalaşıb. Məşqçilər korpusu adıçəkilən oyunçuların xidmətində maraqlı olmadığından, onlarla rəsmən yollar ayrılıb.
Qeyd edək ki, Məhərrəm Hüseynov və Murad Ağakişiyev “Kəpəz”ə mövsümlərarası fasilədə keçmişdilər. Murad cari mövsümün ilk yarısında 4 oyun keçirmişdisə, digər iki futbolçu əsas komandanın heyətində meydana çıxmamışdı.
- Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
0
0