[b]3 ildə 61 pillə - QRAFİK[/b]
21.01.2015 - 10:05
[b]3 ildə 61 pillə - QRAFİK[/b]

Futbol üzrə Azərbaycan çempionatının inkişafı davam edir. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı reytinq siyahısı da bu tərəqqini nümayiş etdirib.

 

Belə ki, milli çempionatlar üçün tərtib olunan siyahıda Topaz Premyer Liqası dünyanın 37-cisi olub. Bu nəticə də futbol tariximizin zirvə nöqtəsidir.

 

2014-cü il üçün 421 xal toplayan çempionatımız 1 il əvvəlki rekordunu 6 pillə yaxşılaşdırıb. Bununla ardıcıl 3-cü dəfə Premyer Liqa yüksəlib. 2011-ci ilin yekunlarında planetin 98-cisi olan çempionatımız 3 ildə xal hesabını təxminən 2,2 dəfə artırıb. Bu artım 61 pilləlik irəliləyişlə nəticələnib.

 

2008-ci illə müqayisədə isə inkişaf daha çoxdur. Çünki 6 il əvvəllə müqayisədə tərəqqi 69 pilləyə bərabər olub.

 

il

yer

xal

2007

100

166

2008

106

159,5

2009

98

209

2010

86

241

2011

98

188,5

2012

84

250

2013

43

370,50

2014

37

421