19 yaşadək qızlardan ibarət Azərbaycan millisi yubiley matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, 2004-cü ildən qitə miqyaslı turnirlərdə çıxış edən yığmamız indiyədək 39 qarşılaşmada qüvvəsini sınayıb.
Fransa ilə AVRO-2018-in elit-raundunun Finlandiyadakı oyununa qədər millimiz 12 qələbə qazanıb, 6 heç-heçə edib və 21 dəfə uduzub. 39 qol vuran komandamız 116 qol buraxıb. Amma heyətində lipa futbolçular olduğu üçün komandamızın daha 3 oyununun nəticəsi ləğv edilib ki, bu görüşlər 39 matç sırasına daxil deyil.
Yığmamız Fransa ilə 3-cü dəfə görüşəcək. 2004-cü il sentyabrın 30-da rəqib millimizə qarşı amansız olub – 0:10. 2009-cu il aprelin 28-də də millimiz məğlubiyyətə üzülüb – 0:2.