[b]45 milyona “Monako”dan “Çelsi”yə...[/b]
13.07.2017 - 10:32
[b]45 milyona “Monako”dan “Çelsi”yə...[/b]

Transfer çalışmalarını davam etdirən “Çelsi” daha bir oyunçunu heyətinə qatmağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, londonlular bu dəfə yarımmüdafiə xəttini gücləndirirlər.

 

Belə ki, qapıçı Villi Kabalyero və müdafiəçi Antonio Rüdigerdən sonra paytaxt təmsilçisi “Monako”nun orta sahə oyunçusu Temue Bakayoko ilə də anlaşıb. Klublar arasında danışıqlar müsbət nəticələnib və “Monako” fransalı oyunçunu 45 milyon avroya satmağa razılıq verib.

 

Bu gün Londona yollanacaq 22 yaşlı futbolçu sabah tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə 5 illik müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, Temue Bakayoko ötən mövsüm Fransa çempionatında 32 matçda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.