[b]49-cu ölkə çempionluğu[/b]
29.04.2018 - 17:50
Şotlandiya Premyer Liqasında 2017-18 mövsümünün qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempionun adına XXXV turda keçirilən “Seltik” – “Reyncers” matçından sonra aydınlıq gəlib.
Doğma meydanında 5:0 hesablı qələbə qazanan “Seltik” ardıcıl 7-ci, ümumilikdə isə 49-cu dəfə ölkə çempionluğuna layiq görülüb.
Brendan Rodjersin kollektivi çempionluq sayında məhz “Reyncers”dən geri qalır. Çünki bu komanda 54 dəfə ölkənin ən güclüsü olub.
0
0