[b]57-ci qolçu, 3-cü braziliyalı[/b]
27.03.2018 - 20:31
[b]57-ci qolçu, 3-cü braziliyalı[/b]

Azərbaycan millisinin Makedoniya ilə Antalyadakı qarşılaşmasında hesabı açan Riçard Almeyda yığmada ilk qolunu vurub. Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi millidəki qol hesabını 8-ci matçında açıb.

 

Belə ki, milliləşən legioner bunadək keçirdiyi 7 görüşdə qol vurmamışdı. Almeyda yığmamızın tarixində qol sevinci yaşayan 57-ci oyunçudu.

 

Antalyadakı görüşədək 56 futbolçumuz rəqib qapısına yol tapıb. Daha 4 dəfə rəqib oyunçular avtoqol müəllifi olublar.

 

Almeyda millimizdə qol vuran 3-cü braziliyalıdı. O, “sambaçılar”ın 6-ci qolunun müəllifi olub. Fabio Luis Ramim 4 qolla ən məhsuldar braziliyalımızdısa, ilk belə uğurun müəllifi Andre Ladaqadı.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən oyunda hesab bərabərdi – 1:1.