[b]5 texniki məğlubiyyət və çempionatdan kənarlaşdırılma[/b]
02.05.2018 - 12:46
[b]5 texniki məğlubiyyət və çempionatdan kənarlaşdırılma[/b]

AFFA İntizam Komitəsinin bu gün baş tutan iclasında sərt qərarlar qəbul olunub. Apasport.az saytının məlumatına görə, qurum müxtəlif liqalarda keçirilməli olan 5 oyunla bağlı texniki məğlubiyyət cəzası kəsib.

 

Xüsusən də, Region Liqadakı analoji cəza tədbirləri davam etdirilib. Aprelin 26-dakı “Oğuz” – “Şəki” matçına çıxmayan birincilər 0:3 hesablı yenilgiyə məruz qalıblar. Bundan 3 gün sonra “Oğuz”un “Şirvan”la görüşü də keçirilməyib. Bu dəfə hər iki komanda iştirak etməyib və onlara eyni cəza verilib.

 

Futzal üzrə Yüksək Liqanın XXVII turunun “EKOL” – “Xəmsə” matçında ikincilər görünməyiblər. Bu isə EKOL-a 5:0 hesablı qələbə qazandırıb.

 

Yüksək Qızlar Liqasının isə "Təhsil FM" – "Zaqatala" və "Qubek" – "Fidan" matçlarında qonaqların meydana çıxmaması onlara texniki məğlubiyyət verilməsi ilə nəticələnib. “Fidan” artıq 3-cü dəfədi eyni addımı atdığından, komanda yarışlardan kənarlaşdırılıb.