[b]6-cı çempionluq üçün rekord mükafat[/b]
28.05.2018 - 20:50
[b]6-cı çempionluq üçün rekord mükafat[/b]

Braziliya millisinin dünya çempionluğu üçün əldə edəcəyi mükafatın məbləği açıqlanıb. Apasport.az saytının məlumatına görə, “sambaçılar” 6-cı dəfə dünyanın bir nömrəsi olacaqları təqdirdə hərəyə 1 milyon dollar qazanacaqlar.

 

Yerli mətbuatın iddiasına görə, bu məbləği qazanan təkcə futbolçular olmayacaq. Belə ki, yığmanın məşqçilər korpusunun üzvləri də oyunçular qədər qazanc əldə edəcəklər.

 

Böyük ehtimalla bu, dünya futbolunda yeni rekord olacaq. Məsələ burasındadı ki, indiyə kimi hələ heç bir yığma komandaya bu məbləğdə mükafat verilməyib.

 

Digər komandalarda DÇ-2018-i qazanmağa görə nə qədər mükafat vəd olunduğu isə hələ tam müəyyənləşməyib.