AFFA-nın bu gün keçirilən iclasından sonra Topaz Premyer Liqasının növbəti debütantının adına böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Sabah”ın yüksək dəstəyə çıxması sabah Lisenziyalaşdırma Komissiyasının iclasında rəsmiləşməlidi.
Bunun gerçəkləşməsi ilə “Sabah” Premyer Liqanın tarixinə 60-cı komanda kimi düşəcək. Təbii ki, yeni mövsümün startına qədər komanda fəaliyyətini dayandırmasa.
1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında 59 komanda mübarizə aparıb. Bu siyahıya 60-cı kimi düşəcək “Sabah” buradakı paytaxt klublarının sayını da artıracaq.
İndiyədək Bakını elitada 19 komanda təmsil edib. “Sabah” paytaxtın 20-ci komandası olacaq.
Qeyd edək ki, paytaxtdan kənarı təmsil edən 40 komandadan biri – “Standard” öncə Bakını, sonradan “Sumqayıt”ı təmsil edib.