[b]6 qol vuruldu, qalib müəyyənləşmədi[/b]
02.09.2017 - 20:38
[b]6 qol vuruldu, qalib müəyyənləşmədi[/b]

DÇ-2018-in seçmə mərhələsi ilə əlaqədar olaraq Premyer Liqaya verilmiş fasilədən istifadə edən bəzi komandalar güclərini yoxlama oyunlarında sınayırlar. Apasport.az saytının məlumatına görə, yaranmış imkandan yararlanan “İnter” də sınaq matçı keçirib.

 

Paytaxt təmsilçisi I divizionda çıxış edən “Qaradağ Lökbatan”la üz-üzə gəlib. “İnter Arena”da baş tutan görüş 3:3 hesablı bərabərliklə başa çatıb.

 

“İnter”in heyətində Pərdis Fərcad Azad, Slavik Alxasov və Adrian Skarlatake fərqləniblər. 

0