Azərbaycan millisi FİFA reytinqində irəliləmək imkanı əldə edib. Apasport.az saytının məlumatına görə, buna yoldaşlıq görüşündə Qırğızıstan üzərində qazanılan qələbə səbəb olub.
Belə ki, Bakı Olimpiya Stadionunda Asiya təmsilçisini 3:0 hesabı ilə məğlub edən yığmamız reytinq xallarının sayını artırıb. Hazırda 245 xalla 126-cı olan Qurban Qurbanovun yetirmələrinin xal hesabı 321-ə çatacaq. 76 xallıq qazancın hansı irəliləyişə səbəb olacağını proqnozlaşdırmaq çətindi. Çünki digər ölkələrin də oyunlarının nəticələri önəm daşıyır. İndiki siyahıda bu qədər xalın 105-ci yer üçün yetərli olduğunu demək mümkündü.
Qeyd edək ki, yeni FİFA reytinqi iyunun 7-də açıqlanacaq.