[b]77 gündən sonra gələn uğursuzluq[/b]
02.10.2015 - 01:36
[b]77 gündən sonra gələn uğursuzluq[/b]

“Qəbələ”nin avrokuboklardakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 6 matçda uduzmayan “qırmızı-qaralar” Rusiyada “Krasnodar”la görüşdən məğlub ayrılıb.

 

Sonuncu dəfə II təsnifat mərhələsinin “Çukariçki” ilə Serbiyadakı matçında (0:1) yenilən təmsilçimiz iyulun 16-dakı məğlubiyyətdən 77 gün sonra uduzub. Bu müddətdə Roman Qriqorçukun yetirmələri serbiyalılarla cavab oyununda (2:0), Kipr “Apollon”u (1:1, 1:0), Yunanıstan klubları “Panatinaikos” (0:0, 2:2) və PAOK-la (0:0) matçlarda uduzmamışdı.

 

Qeyd edək ki, avrokuboklarda məğlubiyyətsizlikdə Azərbaycan rekordu “Qarabağ”a məxsusdu. Ağdamlılar iki dəfə 7 oyunluq seriyaya imza atıb.

0