[b]8 qol vuruldu, milli oyunçu izlədi[/b]
28.10.2016 - 22:55
[b]8 qol vuruldu, milli oyunçu izlədi[/b]

Almaniya II Bundesliqasında XI tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” “Münhen 1860”-ın qonağı olub.

 

Milli oyunçunun ehtiyat oyunçular skamyasından izlədiyi görüş 6:2 hesabıyla meydan sahiblərinin qələbəsiylə nəticələnib. Aue təmsilçisi oyunun 42-ci dəqiqəsində müdafiəçisi Sebastian Hertnerin qırmızı vərəqə görməsiylə meydanda azlıqda qalıb.

 

Qeyd edək ki, hazırda hesabında 10 xal olan “Aue” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.

 

0