[b]91 gündən sonra[/b]
01.11.2017 - 09:41
“Qarabağ” avrokuboklardakı uğursuz seriyasını qırıb. Apasport.az saytının məlumatına görə, ardıcıl iki səfər məğlubiyyəti alan ağdamlılar Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İspaniyadan xalla dönüb.
“Atletiko” ilə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri 91 gündən sonra rəqib meydanında uğur qazanıb. Sonuncu belə uğur avqustun 1-də Moldovada “Şerif” üzərində qələbə ilə gerçəkləşmişdi – 2:1.
III təsnifat mərhələsindəki qələbədən sonra çempionumuz Danimarkada “Kopenhagen”ə 1:2, İngiltərədə “Çelsi”yə 0:6 hesabı ilə uduzmuşdu.
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
0
0