[b]9 oyunluq tilsim qırıldı[/b]
29.04.2018 - 14:45
“Yuventus”un hücumçusu Qonsalo İquain uğursuz seriyaya son qoyub. Apasport.az saytının məlumatına görə, argentinalı forvard A seriyasının XXXV turunda “İnter”lə qarşılaşmada quru seriyaya son qoyub.
Belə ki, son dəqiqələrdə komandasına qələbə gətirən qola imza atan İquain 9 oyunluq qolsuzluq seriyasını qırıb. O, buna qədər sonuncu dəfə martın 14-də “Atalanta” ilə görüşdə fərqlənmişdi. Qonsalo ondan sonra “Yuventus”un 7, Argentina yığmasının isə 2 qarşılaşmasında rəqib qapısına yol tapa bilməmişdi.
Qeyd edək ki, “Yuventus” “İnter”i səfərdə 3:2 hesabı ilə məğlub edib.
0
0