[b]“...dünyanın ən güclüsüdü”[/b] - Xavi
16.04.2016 - 14:25
[b]“...dünyanın ən güclüsüdü”[/b] - Xavi

“Barselona”nın soyunub-geyinmə otağı üçün darıxmışam. Ordakı kollektiv və komandanın sərgilədiyi futbolun səviyyəsindən zövq almamaq mümkün deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın sabiq futbolçusu Xavi Ernandes deyib.

 

Hazırda Qətərin “Əl-Sədd” klubunda çıxış edən 36 yaşlı yarımmüdafiəçi İspaniya mətbuatına açıqlama verib.

 

“Barsa”dakı günlərini yada salan Xavi Kataloniya klubunu dünyanın ən güclü komandası adlandırıb: “Barselona” dünyanın ən güclüsüdü. Bu komandada güclü rəqabət var. Bu da sərgilənən oyunda özünü göstərir”.

 

Qeyd edək ki, 1998-2015-ci illər ərzində “Barselona”nın formasını geyinmiş Xavi bu komandanın heyətində 767 oyunda 85 qola imza atıb.

 

0