[b]Ronaldo: 90 yaşımda da məni xatırlayacaqlar[/b]
02.06.2017 - 13:30
[b]Ronaldo: 90 yaşımda da məni xatırlayacaqlar[/b]

“Real”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldo maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı hücumçu uzun müddət futbol azarkeşlərinin yaddaşında qalacağına şübhə etmir.

 

Portuqaliya yığmasının üzvü çox yaşamaq arzusundadı: “Digərlərini üstələdiyimi 11 yaşımdan dərk edirəm. İnsanlar 90 yaşım olanda da məni xatırlayacaqlar. Artıq futbolun tarixində yer aldığımı bilirəm”.

 

Çempionlar Liqasının finalında “Yuventus”la keçiriləcək matç barədə də danışan Ronaldo bunları deyib: “Mənim oyunum alınmasa belə, “Real”ın qələbə qazanmasının həmişə tərəfdarı olmuşam. “Yuventus” əla komandadı, amma “Real” daha güclüdü. Biz bunu sübut edəcəyik”.